Xoşbəxtliyi pul ilə almaq mümkündür

Babək Bayramov 2017, Oktyabr 21, TƏLİMLƏR107
Xoşbəxtliyi pul ilə almaq mümkündür

Hamımız maddi şeylərin insanları xoşbəxt edə bilmədiyini eşitmişik. Lakin insanların bir qismi yenə də etdikləri alış-verişin özlərini xoşbəxt edəcəyini düşünür və daha çox pul xərcləyərək xoşbəxt olacaqlarını güman edirlər. Bu tip insanlara baxanda qarderoblarının geyilməmiş geyimlər və ayaqqabılarla dolu olduğunu görərsiniz. Həyat yoldaşlarından və digər sevdiklərindən həmişə bir hədiyyə gözləntisi içində olurlar lakin aldıqları hədiyyə nə olursa olsun həyatlarında bir fərq yaratmır. Dəli kimi pul xərcləməkdə axtarırlar xoşbəxtliyi.

Yazının başlığının əksinə deyirəm ki xoşbəxtlik pul ilə  alına biləcək bir şey deyil. Özümüz üçün xərclədiyimiz pul yalnız həyat standartlarının daha yaxşı olmasına yardımçı olmağa yarayır.

 

İndi görək pul həqiqətən xoşbəxtlik gətirir yoxsa? Yoxsa xoşbəxtlik başqa şeylərdə mi gizli?

 

Təcrübələr

Bundan bir il öncə ananızın sizə aldığı hədiyyə sizi bu gün xoşbəxt etməyəndə onunla yaşamış olduğunuz gözəl bir təcrübə şirin bir xatirə xoşbəxt bir an sizi bu gün yenidən güldürüb xoşbəxt edə bilər. Bu səbəbdən xüsusilə həyat yoldaşınıza hədiyyə alarkən bahalı köynək brilyant bir boyunbağı kimi gəlib keçici şeylər əvəzinə fərqli və gözəl təcrübə yaşadacaq hədiyyələr seçilməlidir. Övladınıza aldığınız son model bir cib telefonu onu müvəqqəti olaraq həyəcanlandırırsa və xoşbəxt etsə də birlikdə tutduğu komandanın oyununa getməyiniz qədər xoşbəxt edə bilməz. Çünki telefon köhnələcək yeni modelləri çıxacaq. Amma yaşadığınız o gözəl xatirə hər xatırlayanda oğlunuzu xoşbəxt etməyə yetəcək. Bu səbəblə çox bahalı hədiyyələrin insanları xoşbəxt etmədiyini əksinə doyumsuzlaşdırıb məyus olacağına səbəb olduğunu qeyd etməliyəm. Amma yaşadığınız gözəl təcrübə və xatirələr həm sizi həm qarşınızdakını uzun bir zaman xoşbəxt edəcəkdir.

 

Xobbi

Bu gün çox bahalı xobbilərə malik insanların varlığını bilirik. Amma bu xoşbəxtliyi gətirəcəyi mənasını daşımaz. Halbuki tikiş tikmə kimi bir xobbisi olduğunu bildiyiniz bacınız üçün alacağınız tikiş maşını onu uzun müddət xoşbəxt edəcəkdir. Ya da gitaraya maraqlı övladınıza aldığınız bir gitara və yazdığınız gitara kursu onu bir kompüter oyunundan çox daha xoşbəxt edə bilər. Sevdiklərinizin xobbilərini bilib onlara xobbilərinə qarşı hədiyyələr almaq xoşbəxt olmalarını təmin edəcəkdir. Unutmayın birinin xoşbəxt olmasına vəsilə olmaq sizi də ən az onun qədər xoşbəxt edəcəkdir. Çünki xoşbəxtlik yoluxucudur.

 

Praktik Ehtiyaclar

Sevdiklərinizin gündəlik işlərinə yardımçı olacaq praktik ehtiyaclarını təmin etməyiniz onları xoşbəxt etməyiniz üçün bir vasitədir. Ananızın artıq köhnələn və iş görməz hala gələn elektrikli süpürgəni dəyişməyiniz onu xoşbəxt edəcəkdir. Ya da həyat yoldaşınıza ev işlərində yardımçı olacaq bir kiçik ev alətləri hədiyyə etməyiniz onun xoşbəxt olmasına səbəb ola bilər. Eyni zamanda həyat yoldaşınızın gündəlik həyatını asanlaşdırmaq nəticəsində sizə və uşaqlarınıza daha çox vaxt ayırması ilə bu xoşbəxtliyin çoxalması mənasını da daşıyır. Bu üzdən istədiklərimizin həyatını asanlaşdıracaq hədiyyələr onları lazımsız və bahalı hədiyyələrdən daha çox xoşbəxt edəcəkdir.

 

İl Boyunca Hədiyyələşmək

Hədiyyələşmək dinimizcə sünnətdir. Hədiyyələşməyi bayram ad günü tanışlıq ildönümü ya da evlilik ildönümü kimi yalnız xüsusi günlərlə məhdud tutulmamalıdır. Kiçik amma sevdiklərimizi xoşbəxt edəcək hədiyyələri il ərzində sevdiklərimizə təqdim edə bilərik. Bəzən bir çiçək dəstəsi bəzən öz əlimizlə qurduğumuz bir jaket bir şal istədiklərimizi xoşbəxt etməyə yetəcəkdir.

 

Xeyriyyə İşlərində İştirak Etmək

İndi yazının başlığını burada təkrar edirəm. Xoşbəxtliyi pul ilə satın almaq mümkündür. Amma bu işin bir sirri var. O da əvəzsiz şəkildə yaxşılıq etməkdir. Xeyir iş görmək insanı xoşbəxt edən ən böyük nemətdir. İnsan sadəcə yaxşılıq edərək xoşbəxt ola bilər. Pulunuzu qarşılıqsız heç bir gözlənti içinə girmədən verməyiniz sizi çox xoşbəxt edəcəkdir. Xoşbəxtliyi pul ilə satın almaq ancaq bu şəkildə mümkün ola bilər. Yaxşılıq etməyin ləzzətinə varanları bu işdən imtina etdirmək isə qeyri-mümkündür. Əlbəttə bunda da yenə bir ölçü vardır. Bu da yaxşı əməlinizi bir siz biləcəksiniz bir də Allah. Yəni dinimizin əmr etdiyi şəkildə sağ əlin verdiyini sol əl bilməzsə xoşbəxt olarsınız. Yoxsa reklam üçün və ya mənfəət məqsədi ilə vermək sizi nəinki xoşbəxt etməyi peşman da edə bilər.

 

Verdiyiniz bir şokoladı alarkən tanımadığınız o balaca əllərin sahibinin o utancaq xoşbəxtliyini görmək insanı xoşbəxt etməyə və bütün dünya dərdlərini unutdurmağa yetəcək. İnsan bölərək bölüşərək xoşbəxt ola bilər.

 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar