Universiteti Yarıda Buraxan Məşhur Və Zəngin İnsanlar.

Babək Bayramov 2016, Aprel 11, PSİXOLOGİYA78
Universiteti Yarıda Buraxan Məşhur Və Zəngin İnsanlar.

 

Milyonlarla tələbə hər il universitet imtahanını qazanaraq həyata gözəl bir başlanğıc etməyi planlaşdırır. Bəziləri isə universitet həyatına heç başlamadan ya da yarıda qoyaraq həyata təsirli bir başlanğıc etməyi üstün tutdu.

Artıq məzun olmaq maliyyə uğur üçün bir şərait yaratmır. Bəziləri böyük risklər alaraq sahibkar karyeranın arxasınca gedir. Onlar üçün təhsil deyilən şey də tam bir zaman itkisi. Onlar bir an əvvəl iş həyatına atılıb işləmək istəyirlər.Bu üzdən universitetdə özlərini və bacarıqlarını kəşf edərək karyeraları üçün məktəb həyatını başa vururlar. Bu böyük riski almış və müvəffəqiyyətə çatmış bəzi adları bir araya gətirdik.
 
1.Bill Gates
Dünyada texnologiya sahəsində ən yaxşı iş adamlarından olan Gates 20li yaşlarında uşaqlıq dostu olan Pol Allen ilə birlikdə Microsoft-u qurmaq xəyalları ilə birlikdə Harvarddan ayrıldı.
 
2.James Kameron
Bütün zamanların ən böyük kassa gəliri əldə edən iki filmi Avatar və Titanikin quruluşunu üzərinə götürmüş olan Kameron universitetdə fizika və ingilis dili təlimləri alırdı lakin bir il sonra buraxdı.
 
3.Lady Gaga
Lady Gaga dünyada çox az insanın qəbul edildiyi New york Universitetinin Sənət bölümünü qazanmışdı. Lakin o öz musiqi karyerasına istiqamətlənmək adına ikinci ilində məktəbi buraxdı. Atası Lady Gaganın musiqidə müvəffəqiyyətsiz olması vəziyyətinə görə məktəbinə yenidən qayıdacağına söz verməsi şərti ilə bunu qəbul etdi.
 
4.Mark Zuckerberg
Facebookuın yaradıcılarından biri olan Zuckerberg psixologiya və kompüter elmi üçün 2004-də Harvarda başlayanda Facebookun əsasını qoymuşdu.Facebook üzərində işləməyə davam etmək üçün ikinci ilində təhsilini buraxdı.
 
5.Ellen Degeneres
Dünya şöhrətli şou proqramçısı Ellen Degeneres ilk vaxtlarda komediyaçı olaraq işə başladı. Ellen Nyu Orleans Universitetində rabitə bölməsinə qeydiyyat oldu. Ancaq məktəbi o zaman qeyr-adi karyerasına başlamadan dərhal əvvəl buraxdı.
 
6.Tom Hanks
Dünya şöhrətli aktyor rejissor və yazar Tom Hanks karyerası ərzində böyük uğurlara imza atdı. Gələcəyinə dair yaxşı imkanlar tutduğunu düşünən Hanks Kaliforniya Əyalət Universitetində oxuduğu teatr təhsilini buraxdı.
 
7.Steve Jobs
Yaxın dostu Steve Wozniak ilə 1976-da Apple-a başlayan Jobs daha yaradıcı fikirlərə çata bilmək adına 6 aylığına Oregon Reed Collegee getdi amma sonunda o da məktəbi buraxdı.
 
8.Matt Damon
Hollivudun məşhur ulduzlarından Matt Damon seçmələrə qatılmaq üçün adətən dərslərinə laqeyd qalan biri idi. Məktəbi bitirməsinə bir müddət qalmış aktyorluq karyerası üçün Harvardı tərk etdi.
 
9.Michael Dell
Texnologiya markalarından Dell-in təsisçisi və İcraçı Direktoru olan Michael Dell Texas Austin Universitetindən ayrılaraq birbaşa iş dünyasına qatıldı.
 
10.Oprah Winfrey
1986-cı il tarixindəki Oprah Winfrey şou ilə olduqca yaxşı tanınan Oprah dünyada məşhur super ulduzların bəziləri ilə böyük görüşlərə müsahibələrə imza atdı. Təqaüdlü olaraq qatıldığı Tennessee State Universitetini öz şirkətini yayım həyatına başlamaq adına buraxdı.
 
11.Tiger Woods
Tiger Woods karyerasına başladığı gündən bu yana hər zaman bir nömrəli qolf oyunçusu olaraq anılıb. Dünyanın ən çox qazanan idmançılarından biri olan Tiger Stanford Universitetində qeydiyyatdan keçmişdi amma idman karyerası üçün məktəbini buraxdı.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar