Pul qazanmağın sürətli yolları

Babək Bayramov 2018, Sentyabr 23, TƏLİMLƏR74
Pul qazanmağın sürətli yolları

Pul qazanmağın sürətli yolları adlı bu məqalədə sizə təşəbbüskarlar üçün trend olan iş ideyalarını təqdim edirik.. İndiki texnologiyalar keçmişə nəzərən daha güclü və daha sərfəlidir. Xüsusilə sosial mediyanın yayılması və müxtəlif təşəbbüskarlıq mühitlərinin popluyarlaşması sayəsində təşəbbüskarlar iş ideyalarını daha məhsuldar və münasib bir şəkildə inkişaf etdirərək təqdim edə bilirlər. Ağlınıza yaxşı bir ideya gəldikdə bu ideyanı həyata keçirmək üçün sərmayəyə ehtiyac duyarsınız.. Bu ehtiyaclarınızı da artıq internet dünyasının yeni fırtınası Indiegogo Kickstarter kimi fond saytları vasitəsi ilə ödəyə bilərsiniz. Sadəcə kreativ bir ideya kəşf edib bu ideyanızı diqqət çəkəcək bir şəkildə təqdim etməniz kifayətdir. Gəlin sizin üçün seçtiyimiz asan yolla pul qazanmaqdan bəhs edən uğurlu iş ideyalarına diqqət yetirək.

Uşaq dostu tətbiqlər ilə pul qazanmağın yolları

Uşaqlar gələcəyin müştəriləridir. Buna görə də daha indidən onların etibarını qazanmaq heç də pis bir fikir deyildir. 10-cu trend hesabatlarına görə 2015-ci ildə texnologiya firmalarının ən çox diqqət yetirdikləri sahə uşaq tətbiqləri olmuşdur. Aparılan araşdırmalara görə uşaqların 4/3’lük qismi smartfon cihazlara və internetə çıxış imkanına sahibdirlər. Bu səbəbdən uşaq aləmi böyük bir təşəbbüskarlıq potensialına sahibdir. Bu tətbiqlər həm uşaqların diqqətini cəlb edir həm də təhsil və sağlam həyat kimi əlavələri ilə valideynlərin də könlünə yol tapa bilirlər. Siz də internetdən pul qazanmaq üçün bir neçə araşdırma apararaq və kifayət qədər kod məlumatıyla uşaq dostu tətbiqlər hazırlaya bilərsiniz.

 

Təkrar emal xidmətləri ilə pul qazanmağın yolları

Bir çox insan evində təkrar emalı düşünərək kağız plastik şüşə orqanik tullantı və s. ayrı-ayrı atsa da elektron cihazlar və istifadə olunmuş batareya kimi ətraf mühütə zərərli tullantıları nə edəcəklərini bilmirlər. Son illərdə xaricdə bir çox firma köhnə televizor işləməyən nootbuklar işləməyən cib telefonları kimi elektron cihazları evlərdən alaraq təkrar emal fabriklərinə satırlar. Təkrar emala gedən əşyalardan istifadəsi mümkün olanlar işə yarayan parçalar və ağırlıqlarına görə metallar fərqli qiymətlərə satılır. Bu üsulla təkrar emal xidmətləri üçün vasitəçi şirkət quran bir çox firma yaxşı qazanc əldə etmişdir. Bu üsulu indiki dəmir-dümür alanların inkişaf etmiş halı kimi də düşünə bilərsiniz. Texnologiyadan  istifadə edərək öz markanızı yaradıb dəmir-dümür alan imicindən də qurtulmaq sizin əlinizdədir.

 

Proqram təminatı tədrisi ilə pul qazanmaq

Əgər müəyyən bir proqramlaşdırma haqqında hərtərəfli məlumata sahib olduğunuzu düşünürsünüzsə bu sahədə freelance yəni müstəqil şəkildə dərs verə bilərsiniz. Hazırda texnologiya sahəsində bir-birindən fərqli proqramlaşdırma və bu sahədə təhsilə ehtiyacı olan insanlar vardır. Bu proqramların istifadə qaydalarını göstərən kitabçaları və sürətli öyrənmək dəstləri kimi tədris vasitələri mövcud olsa da bir müəllimdən öyrənilənlərin yerini əsla tuta bilməzlər. Malik olduğunuz məlumatları kiçik bir auditoriyaya çatdıraraq bəlkə də gələcəkdəki böyük firmanızın təməllərini atmış olursunuz.

 

Avtomobil restoranlar ilə pul qazanmağın yolları

Ölkəmizdə də rast gəldiyimiz avtomobil restoranlarla bağlı 2012-ci ildə aparılan bir araşdırmaya görə 2017-ci ilə qədər bu sahənin iqtisadiyyatda 2.7 milyard dollarlıq dövriyyəyə malik olacağı təxmin edilmişdir. Avtomobil restoran sayəsində bir çox artıq məsrəfdən qurtula bilər yüksək manevr qabiliyyətinə malik olduğu üçün xüsusi günləri və həftələri dəyərləndirə bilərsiniz. Hətta düzgün markaları seçib gigiyena qaydalarına riayet edərək müştərilərinizə təqdim edə bilsəniz işlərinizi restoranlar şəbəkəsinə qədər böyüdə bilərsiniz. Bunun ölkəmizdə və xaricdə şahid olduğumuz bir çox modeli vardır. 

 

Sərbəst şəkildə işləyərək pul qazanmağın yolları

Hazırda  bir çox firma daimi işçilər yerinə freelancer adlandırılan müstəqil işçilər ilə və yaxud xidməti müqavilə əsasında çalışanlarla işlərini görürlər. İnternet dünyasında  sərbəst bir işçi olmaq üçün nələrə ehtiyacınız olduğunu hansı sahələrdə bu işi görə biləcəyinizi və özünüzü necə inkişaf etdirəcəyinizi öyrənə bilərsiniz. Firmaların layihələrini həyata keçirmək üçün bir çox işçiyə ehtiyacı vardır. Ancaq hər layihənin fərqli işçilərlə həyata keçiriləcəyini bilən firmalar müəyyən periodlarda bəzi işçilərin boşda qaldığını və firmaya artıq məsrəf olduqlarını gördülər. Bu səbəbdən layihə əsaslı və xidməti müqavilə əsasında çalışanları böyük  bir nemət olaraq görən firmalar vaxtaşırı olaraq ehtiyac olan vakansiyalar üçün elan veririlər. Qrafik-dizayner yazıçı video çarx hazırlamaq excel layihələri və sosial mediya işləri freelance kateqoriyasına aid edilir.

 

Tərcüməçilik edərək pul qazanmağın yolları

Qloballaşan dünyada insanlar bir-birilərinə daha da yaxınlaşıb daha çox bənzəməyə başlarkən firmaların beynəlxalq miqyasda özlərini ifadə etməkdə ən böyük problemi xarici dillərdir. Firmaların müştərilərə onlarla fərqli dildə xitab etməyini vacib qılan bu hal tərcüməçilər üçün də əlverişli bir qazanç qapısı təşkil edir. Aparılan araşdırmalara görə 2012-2022-ci illərdə tərcüməçi ehtiyacı 46% artım göstərərək inanılmaz bir həddə çatacaqdır. Bu səbəbdən hələ də gec deyil. Xarici dil öyrənərək və internetdə adınızı élan edərək yaxşı pul qazana bilərsiniz. Bu işi əlavə iş kimi də görə bilərsiniz

 

İşçi təqib servisi  ilə pul qazanmağın yolları

Xüsusilə xarici ölkələrdə yeni bir dəbə çevrilən işçi təqib xidmətləri böyük həcmli firmaların işçilərini effektiv bir şəkildə təqib edə bilməməsindən yaranmış və ehtiyacı fürsətə çevirən bir fürsətdir. Firmaların işçilərinin sosial mediyada keçirdikləri zamanı nəqliyyat vasitəsini idarə etmə müddətlərini işə giriş-çıxış vaxtlarını hətta işdə verilən fasilələri də hesablayaraq performans qiymətləndirməsi hazırlayan sistem sayəsində standartlara cavab verməyən işçilər müəyyən edilə bilir. Bu sistem sayəsində firmaların performanslarını xeyli miqdarada artıra biləcəyi bildirilir. Bunun səbəblərindən biri də məhsuldar  olmayan işçilərin müəyyən edilməsi ilə yanaşı orta və yüksək məhsuldarlıqla işləyənlərin də performansının bir üst səviyyəyə yüksəlməsi olmuşdur.

 

Səyyar qadın salonları ilə pul qazanmağın yolları

İnkişaf edən texnologiya və səhiyyə xidmətləri sayəsində insanlar keçmişə nəzərən daha uzun ömür sürürlər. Bunun nəticələrindən biri də hazırda daha çox yaşlı insanın yaşamasıdır. Aparılan araşdırmalara görə yaşlı nüfus davamlı artacaq və hər keçən il bir öncəki ilin rekordunu yeniləyəcəkdir. Bu vəziyyəti fürsətə çevirən bir firma müştərilərin evlərinə gedən səyyar qadın salonu xidməti verir. Xüsusiilə yaşlı baxıcılığı ilə məşğul olan firma müştərilərinə saç baxımı manikür-pedikür və sağlam qalmaq üçün xidmətlər verir. Artan müştəri potensialını nəzərə alsaq bu xidmətin uğursuzluğa düçar olacağına.ehtimal verilmir.

 

 

Tərcümə etdi: Rəşadət Hidayətov

Rəylər

Rəy Yazın

Oxşar Yazılar