Nlp-Nin Ustalıq Sənəti ...

Babək Bayramov 2015, Sentyabr 28, NLP40
Nlp-Nin Ustalıq Sənəti ...

 NLP 21-ci əsrin müvəffəqiyyət faktının yeni texnologiyasıdır. NLP mükəmməllik sənətidir. NLP fərdin istədiklərini əldə etməsinə imkan verən bir düşüncə tətbiq və davranış tərzidir. NLP nəticələrlə maraqlanır. NLP sahib olduğu sistemlərin köməyi ilə istənilməyən vəziyyətlərdən arzu edilən vəziyyətlərə səfər edir.

NLP müsbət düşüncə sistemi bir elmdir. Elmdir çünki NLP-ni meydana gətirən bir çox iş uzun sürən araşdırmalar sonunda ortaya qoyulmuşdur. 

NLP bir sənətdir. Çünki mükəmməlliyi əldə edən dahi insanların o nəticələrə necə çatdığını modelləşdirən bir ustalıq təlimidir. 

NLP texnologiyadır. Çünki istənilən nəticələri reallaşdıracaq düşüncələri sistemləri və texnikaları vardır.

NLP hər nə qədər istədiklərimizi həyata keçirmək üçün uyğun texnikalar təqdim etsə də bir fəlsəfə ya da bir həkim deyil. NLP-ni məqsədlər bütünü olaraq deyil vasitələr və sistemlər olaraq düşünmək daha real bir yanaşmadır.

NLP bizim istədiyimiz nəticələri əldə edən insanı modelləşdirərək necə etdiyini kəşf edərək eyni şəkildə bizim də eyni nəticələri əldə edə biləcəyimizi istədiyimizi edə biləcəyimizi göstərən mükəmməl bir sistemdir. Bu səbəbdən istədiyimiz nəticəni bir başqası əldə edibsə biz də bu nəticəyə çatmağın yolunu öyrənə bilərik. 

NLP başqalarının olduğu qədər öz mükəmməlliyimizi modelləşdirməyi və yenidən o nəticəni əldə etməyi təmin edir. 

Hansı mövzuda özünüzü yaxşı hiss edirsiniz ya da həqiqətən yaxşı olduğunuzu düşünürsünüz? Nələri edirsiniz? Necə düşünür davranır inanırsınız ki bu nəticələri əldə edirsiniz? Heç düşündünüzmü? Əgər fərqinə varıb özünüzü modelləşdirməyin yollarını bilsəniz nəticələri lehinizə çevirərək istədiyiniz kimi ola bilər etmək istədiklərinizi reallaşdıra bilərsiniz. Nə ediləcəyini bilmək ustalaşmada ən vacib bacarıqdır.
 
NLP ədəbiyyatında buna "Ustalıq Sənəti" deyilir. NLP mükəmməlliyin fərqini göstərir. NLP bunları yalnız göstərməklə qalmır  mükəmməlliyi sürətli və asan bir şəkildə modelləşdirmə yaratma yollarını da bizlərə təqdim edir.

Rəylər

Rəy Yazın

Oxşar Yazılar