Nlp-Nin Məntiqi Səviyyələri

Babək Bayramov 2015, Sentyabr 30, NLP41
Nlp-Nin Məntiqi Səviyyələri

NLP-nin qabaqcıl mütəfəkkirlərindən biri olan Robert Dilts "Öyrənmə" "Ünsiyyət" və "Dəyişiklik"in altı səviyyəsini müəyyən edib. Diltsin bu sistemə "Məntiq səviyyələri" adını verməsinin səbəbi onların məntiqi və iyerarxik bir nizam içində olmalarıdır.

Ən üst səviyyədən ən alt səviyyəyə doğru səviyyələr:

1. Mənəviyyat
2. Şəxsiyyət 
3. İnanc və dəyərlər 
4. Bacarıqlar və qabiliyyətlər
5. Davranışlar 
6. Ətraf mühit

Robert Dilts üst səviyyələrdə reallaşan dəyişikliyin alt səviyyələrə böyük təsir etdiyini vurğulamışdır. Effektiv bir dəyişiklik üçün ən lazımlı ünsür insanın hansı məntiqi səviyyədə olduğunun başa düşülməsidir. Bunu özünüz üçün təyin etməyi bacardığınız zaman başqalarının məntiqi səviyyələrini də anlaya və aynalaya biləcəksiniz.

Elə isə ən alt səviyyədən ən üst səviyyəyə doğru bütün səviyyələrlə gəlin yaxından tanış olaq. 

6. Ətraf mühit (Harada? Nə zaman?)
Ətraf mühit içində olduğumuz yer və birlikdə olduğumuz insanlardır. Ətraf mühitin insan həyatı üzərindəki fizioloji və psixoloji təsiri onsuz da bilinir. İnsan yaşadığı mühitə görə özünə bir şəxsiyyət və xarakter yaradır. Yaratdığı şəxsiyyət və xarakterə görə də bir həyat yaşayır. Bu səbəbdən ətraf mühit insanın həyat standartlarına yaxından təsir edir. İnsanın ətrafındakı ən kiçik ətraf mühit vahidi ailədir. Zaman faktı insan həyatında nə qədər önəmlidirsə doğru yer yəni ətraf mühit faktı da bir o qədər önəmlidir. 

5. Davranışlar (Nə?)
Davranış insanı insan edən xüsusiyyətlərdir. İnsan xarakterini davranışları yolu ilə əks etdirir. Əlbəttə davranış şüurlu bir şəkildə və planlı ola biləcəyi kimi qeyri-şüuri və istəksiz də ola bilir. Qeyri-şüuri davranışlarımız müəyyən bir plan çərçivəsində edilmədiyinə görə bəzən insan  etdiyinin fərqində olmaya bilər. İnsan davranışlarından ibarətdir. Əməllərimiz təsadüfi deyil məqsədə çatmağa istiqamətlidir. Siqaret çəkmək hirsimizə hakim ola bilməmək kimi davranışlarımızı dəyişdirmək istəyə bilərik. Ancaq bəzi istənməyən davranışları dəyişdirmək çətin ola bilər. Çünki digər məntiqi səviyyələrlə yaxın əlaqəsi vardır və əvvəl bunu araşdırmaq lazımdır.

4. Bacarıq və qabiliyyətlər (Necə?)
NLP bu səviyyədə "Qabiliyyətləriniz nələrdir? Hansı sahələrdə özünüzü müvəffəqiyyətli görürsünüz? Hansı bacarıqlara sahibsiniz?" sualları ilə qarşımıza çıxır. İnsanlar qabiliyyət və bacarıqlarına görə davranarlar. Hamımız gəzmək və danışmaq kimi təbii bacarıqlarla yanaşı riyaziyyat idman və ya musiqi aləti çalmaq kimi şüurlu olaraq öyrənilən bir çox bacarığa sahibik. Bir insan əgər müvəffəqiyyətini "bir səfərlik" ya da "taleh" kimi sözlərlə izah edirsə onun təkrarlana biləcəyini düşünmür. Yəni hələ qabiliyyət halına gəlməmişdir.

3. İnanc və dəyərlər (Nə üçün?)
Hər kəs istəsə də istəməsə də özünə müsbət ya da mənfi bir inanc sistemi yaradır. Çünki bu vəziyyət insan olmağa xas bir xüsusiyyətdir. İnanc və dəyərlərimiz həyatımızı mənalı edir və həyatımızı istiqamətləndirir. Buna görə müvəffəqiyyətin və ya müvəffəqiyyətsizliyin də təməlində insanın inanc və dəyərləri yatır.

2. Şəxsiyyət (Kim?)
İnsan şəxsiyyəti üçün yaşayır. Şəxsiyyət sizin özünüzlə bağlı anlayışınız sizin kim olduğunuzu və həyatdakı missiyanızın nə olduğunu təyin edən təməl inanc və dəyərlərinizdir. 

1. Mənəviyyat.
Mənəviyyat şəxsiyyətin görünməyən hissəsidir. Əslində insanın şəxsiyyəti duyğu və düşüncə dünyasının məhsuludur. Duyğu və düşüncə dünyası həyatı sorğulama və qavrama səviyyəsi və s. insanın mənəviyyatını yaradır.
 
NLP təlimləri barədə ətraflı məlumatı aşağıdakı linkdən ala bilərsiniz :
 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar