Nitqin Növləri

Babək Bayramov 2015, İyun 06, FƏRDİ İNKİŞAF1164
Nitqin Növləri

Əmələ gəlməsinə görə nitq sutiativ və kontekst nitqə ayrılır.
Situativ nitq - ünsiyyət zamanı əmələ gəlir və başa düşülənin şifahi təsviri sayılır.
Kontekst nitq – bu təsəvvürün adının nəticəsidiro yaddaşa görə inkişaf edir.Kontekstli nitq qramatikasına görə situativ nitqdən qəlizdirlikin intonasiyaya görə sadədir.Kontekst nitqdə danışan öz fikrinitəsəvvürünü elə təsvir edir kidinləyicidə analoji fikir və təsəvvür yarada bilsin. Lakin bu zaman qavrama dayaq rolunu oynamırbu səbəbdən danışan dilin bütün imkanlarndan maksimal dərəcədə istifadə etməli olur.

Yazılı nitq – ən çox kontekstli nitqdir.O təsəvürdəki həmsöhbətə müraciət edirbu səbəbdən o həmişə hazırlanmış və düşünülmüş olur.Yazılı nitqdə cümlələr çox çətin ola bilər.Buna görə əgər bir yazılı nitqi şifahi nitq kimi təsvir etsəkbu zaman o şifahi nitq kimi başa düşülməyəcək belə kio (şifahi nitq) başqa qaydalarla düzəldilir.
Yazılı nitq şifahi nitqdən sonra yaranmışdır.Bu da insanların informasiyasını və biliklərini bir-birilərinə ötürmək ehtiyaclarından yaranmışdır.Hadisələrin yazılı surətdə ötürülməsinin ilkin cəhdləri İqloqrafik nitq adlanan şəkil formasında olmuşdur.Daha sonra yazılı nitq heroqlifik məktub şəklində olmuşdur.Heroqlif predmeti və ya fikri tam ifadə edir.Çoxlu sayda predmet çoxlu sayda heroqlifə uyğun gəlir.Öz fikrini ifadə etmək üçün və ya yazılanı anlamaq üçün bu işarələri əzbər bilmək lazımdır.
Yazılı nitqin müasir növü alfubiotik adlanır və onun qədim Finikyalılar tərəfindən yaradılması güman olunur.Yazılı nitqin bu növü şifahi nitq ilə çox sıx bağlıdır və qrafema ilə (hərflə)işarə olunur.Müxtəlif dillərdə istifadə olunan səslərin sayı (fonem) məhdudurçox saylı olmayan işaələrlə (qrafem) işlənilən fikri yazılı surətdə ifadə etmək olar.
Yazılı nitq özündə nitqin ən uzun dəqiq və geniş formasını əks etdirir.Yazılı nitqdə sözün köməyi iləşifahi nitqdə intonasiya ilə və bilavasitə situasiyanın vizual qavrayışı köməkliyi ilə fikir çatdırılır.Yazılı nitq yalnız xüsusi təlim nəticəsində əmələ gəlir.Öz quruluşuna görə yazılı nitq həmişə tam açılmışqramatik təşkil olunmuş strukturu əks etdirir.Yazılı nitqdən yalnız mövcud olan məlumatı ötürmək üçün deyileyni zamanda öz şəxsi fikirlərini formalaşdırmaq üçün də istifadə olunur.Buna görə məktubda fikir ifadə etmənin forması və üsulu üzərində iş təfəkkür əməliyyatlarının formalaşmasına və inkişafına təsir edir.
Yazılı nitqdə dəqiqə ərzində 100 sözün sürətlə oxunması da mümkündür.Lakin bu oxşarlıq üslubu oxucunun müəllifin fikir və hisslərini qabaqlamaq hallarına aid deyil.Bu səbəbdən sürətli oxumaq üsulu fəlsəfi ədəbiyyatlarınşerlərinbədii ədəbiyyatlarınməktubların oxunmasında tətbiq edilə bilməz.O yalnız mətnlə tanışlıq üçün istifadə oluna bilər.

Danışmaq iki əsas əlamətlə xarakterizə olunur – frazalırn ölçüsü və nitqin tempi ilə.
Şifahi nitqincümlələrin optimal ölüçüsü 72 məntiq vahidini təşkil edirbu da nitqi qəbul edən yaddaşın optimal həcminə uyğundur.
Nitqin tempi – bu vahid zamanda tələffüz olunmuş vahid nitqin sayıdır.Şifahi nitqin astaorta və sürətli tipləri qəbul olunmuşdur.Asta temp nitqi ifa etməyə (mahnı oxumaq) keçməsini maksimal tez temp – nitq aparatının imkanlarını məhdudlaşdırır.Nitqin asta tempi bir saniyə ərzində 2-3 hecadan orta tempi – 4-5maksima lisə 10 hecaya qədər gəlib çatır.

Şifahi nitqin 2 forması var.Monoloji nitq və dioloji nitq
Monoloji nitq - bu bir insanın öz fikirlərinibiliyini ardıcılbağlı uzunmüddətli ifadəsidir.Monoloq misal olaraq leksikanıməruzəniçıxışınağıl söyləməyi göstərmək olar.Monoloq ardıkəsilməz olaraq jestlərin az olması ilə xaraterizə olunur.Monoloji nitqin fərqli cəhəti onun bağlılığı və onun kontekstliyidir.
Dialoji nitq -  iki insanın ünsiyyəti zamanı əmələ gəlir.O sitativdirmimikalarlajestlərləintonasiya və rəngarəngliyi ilə müşayət olunur.
Dialoq – dəstəklənən nitq qəbul olunur.Dialoq zamanı iki həmsöhbət biri digərinə öz fikrini ifadə etməsi və onu anlaması üçün dəqiqləşdirici suallar verir.

Əgər xarici nitq – başqaları üçündürsədaxili nitq isə öz daxilində və özü üçündür.
Daxili nitq xarici mövzulardan fərqlənir.Daxili nitqdə fikir formalaşır və mövcud olur.Daxili nitq üçün praqmentləşməqısaldılma xarakterikdir.Daxili nitq tənzimləyici və planlaşdırıcı rol oynayır.Daxili nitq bir sıra psixoloji xüsusiyyətlərə malikdir:
- o sözün kinestetikeşitmə və görmə obrazı kimi mövcuddur;
- onda cümlə üzvlərinin bir çoxu düşür çox vaxt yalnız fikrin mahiyyətinin aydınlaşdıran sözlərdən istifadə olunur;
- daxili nitq səssizdir və uşaq yaşlarında xarici nitqə əsaslanaraq formalaşır.
Uşağın eqosentik nitqi psixoloji funksiyalarına və özünün xarici qruluşuna görə daxili nitqi özündə əks etdirir.7 yaşa yaxın dövrdə eqosentrik nitqin əsasında daxili nitqi formalaşması baş verir.Lakin hətta böyük yaşda daxili nitqdən xarici nitqə keçid bəzi çətinliklərlə müşayət olunur.Belə kiəgər daxili nitqdə fikir aydın başa düşüləcəkdirsəonun ifadə olunması zamanı o həmsöhbətə aydın olmur.Bu cür çətinliklər daxili nitqdə özünə aydın olan fraqmentar qısa fikirlərin xarici nitqə qrammatik və məntiqi fopmada keçməsi ilə əlaqədardır

 

Korrektə etdi:Günel İbadova

Rəylər

Rəy Yazın

Oxşar Yazılar