Müsbət Xatirələrə Lövbər Atmaq Zamanıdır!

Babək Bayramov 2015, Sentyabr 22, NLP76
Müsbət Xatirələrə Lövbər Atmaq Zamanıdır!

 1. Daha müvəffəqiyyətli olmaq istədiyiniz bir vəziyyəti düşünün.

İş həyatınız ya da şəxsi həyatınızla əlaqədar ola bilər. Hansı mövzuda daha müvəffəqiyyətli olmaq istəyirsinizsə o mövzuda sizə hansı resursların lazımlı olduğuna qərar verin. Məsələn daha etibarlı daha sakit daha enerji dolu daha diqqətli daha zarafatcıl və s.

2. Resurslarınızı müəyyən edin:

Keçmişdə yaşadığınız müvəffəqiyyətli zamanınızı düşünün.

Neçə il əvvəl olduğu ya da iş həyatınızda yoxsa şəxsi həyatınızda olduğu vacib deyil. Bu müvəffəqiyyət təcrübənizi bu günə daşıyın. Şəkil kimi zehninizin ekranına gətirin. Ətrafınızdakı insanları və obyektləri görməyə çalışın o zaman necə gördünüzsə elə görməyə çalışın. Musiqi danışıqları və səssizlik anlarını əlavə edin. Təcrübənizə əlavə olunan müsbət duyğuları hiss edin.

Daxili halımızı təyin edən iki vəziyyət "daxildən müşahidə" və "xaricdən müşahidə"dir.

Keçmişdəki təcrübənizə bu gün birbaşa qatıldığınıza yəni "daxildən müşahidə" etdiyinizə əmin olun. Xaricdən seyr edən bir müşahidəçi kimi olmayın. Sizə rahatlıq əminlik məmnuniyyət duyğularını yaşadan fizioloji dəyişiklikləri müşahidə edin. Seçdiyiniz müsbət halınızı bütün sıxlığıyla yaşamağın kefini çıxarın.

3. Lövbərlərinizi seçin:

Xüsusi bir müvəffəqiyyət səhnəsini insanı ya da obyektini lövbərləmək üçün "vizual bir lövbər" seçməlisiniz. Audial bir lövbər seçsəniz bu səsləri musiqiləri və sözləri əhatə edəcək. Kinestetik (toxunma) lövbər seçsəniz duyğuları həssaslıqları və hissləri yenidən ortaya çıxardacaq. Çox güclü bir tətikləyici vəziyyət yaratmaq üçün üç lövbəri bir arada istifadə edə bilərsiniz.

Sizə çox yaraşdığını və müvəffəqiyyətli keçdiyini düşündüyünüz iclas ya da təqdimatlarda geydiyiniz bir paltarınız var? Bu paltarınızı ya da paltarlarınızı kinestetik bir lövbər olaraq seçə bilərsiniz. Çünki onları geyindiyiniz zaman özünüzə güvənər və ahat hiss edərsiniz. Bunlar eyni zamanda vizual lövbər də sayılır çünki onların sizə yaraşdığını düşünürsünüz.

Lövbərinizin necə göründüyünə səsinə və sizə yaşatdığı duyğulara fikir verin. Bu lövbəriniz sizin gündəlik nizamlı olaraq etdiyiniz davranışlardan fərqli olmalıdır. Bunun sayəsində lövbərinizi başqa hallarınız və resurslarınızla qarışdırmazsınız.

Sizdən başqa heç kimin diqqətini çəkməyəcək bəzi şeyləri də "lövbər" olaraq istifadə edə bilərsiniz.

4. Keçmişdəki güclü vaxtınızı xatırlayın:

Keçmişdəki bacarıqlı və müvəffəqiyyətli olduğunuz bir zamana geri dönün. Artıq mövcud olduğunuzu düşünüb əlaqə quraraq o anı yenidən yaşayın. Yaşadığınız hisslər nə qədər güclü olsa çatacağınız zirvə nöqtəsi də o qədər yüksək olacaq. O anınızı lövbərləyin. Şəklini görün səsləri eşidin və o anın dadını çıxarın. O andan bir neçə dəqiqə möhkəmcə yapışın və sonra buraxın. Sonra özünüzü bu ana gətirəcək bəzi hərəkətlər edin.

5. Lövbərlərini bir araya gətirib yoxlayın:

Əvvəllər özünüzü müvəffəqiyyətsiz hiss etdiyiniz və artıq daha bacarıqlı daha müvəffəqiyyətli olmaq istədiyiniz sizin üçün 'Problem' olan başlanğıc vəziyyətini yadınıza salın.

Bu problemi düşünərkən "resursla zəngin güclü və müsbət lövbərlərinizi yandırın". Vəziyyətin içinə daxil olun. Necə reaksiya göstərirsiniz? Başlanğıc vəziyyətlə bağlı düşüncələriniz dəyişib? İndi lövbərlərinizi istifadə edərək bir anda daha bacarıqlı və daha müvəffəqiyyətli bir hala keçə biləcəyinizə diqqət edin. Lövbərləmə tətbiq tələb edən bir bacarıqdır. İstifadə etdikcə daha asanlaşar və daha təsirli olarlar.

Bu lövbərlərinizi istifadə etdikcə onlar sizin "Təhtəlşüur davranışları"nızın bir hissəsi olur. Lövbərlərin sizin üçün işə başlayıb başlamadığına diqqət edin və onları gücləndirin. Pis hallarınız və narahatlıqlarınız kimi sizi bacarıqsız və müvəffəqiyyətsiz edən köhnə lövbərlərinizə də diqqət edin. Bu mənfi lövbərləri müsbət lövbərlərlə dəyişdirin və nələr olduğunu müşahidə edin. Resurslarınıza istiqamətli uğurlu lövbərləmə fəaliyyəti ilə "həssas seçimlər"inizin dəyişdiyini və variantlarınızın da artdığını görəcəksiniz.

Rəylər

Rəy Yazın

Oxşar Yazılar