Maraqlı online qazanc yolları

Babək Bayramov 2018, Sentyabr 29, TƏLİMLƏR48
Maraqlı online qazanc yolları

Zəmanəmizin üstünlüklərindən biri olan internetin artıq pul qazanmaq üçün vasitələrdən biri olduğunu eşitmişsinizdir. Sizdə evinizdə internet sayəsində yüksək qazanc əldə edəcəyiniz bir işiniz olsun istərdinizmi? Bəlkə də bunu çox araşdırdınız amma bir nəticə əldə etmədiniz. Bu məqalədə sizə bəhs edəcəyimiz online qazanc yolları bir çox internet təşəbbüskarı tərəfindən də həyata keçrilir.

1- Anket doldurma saytlarına daxil olun

Bir çox internet saytında mövcud olan anket dolduraraq pul qazanma əməliyyatlarında siz də qazanc əldə edə bilərsiniz. Yalnız daxil olacağınız saytı ciddi bir şəkildə araşdırmalısınız. Anket saytlarında diqqət edəcəyiniz əsas məqam istifadəçilərinə həqiqətən pul ödəyən şirkətləri seçməkdir. Bu saytlarda qeydə alındıqdan sonra anketləriniz bir qayda olaraq e-mail adresinizə göndərilir və anketi doldurmağınız istənilir. Anketləri doldurduqdan sonra ümumi qazancınız 1-5 manat arasında dəyişir. Ümumiyyətlə bu tərz saytlar İngilis dilindədir və anket başına orta hesabla 5 dəqiqə vaxt ayırmalısınız.

 

2-Bloq açaraq qazanc əldə edə bilərsiniz

Özünüzə aid və orijinal bir blog saytı yaratmaq  üçün lazım olan başlıca işlər logo və şüar hazırlanmasıdır. Daha sonra maraq göstərdiyiniz və bildiyiniz mövzularda məqalələr yazmalısınız. İlk məqalələrinizdən müəyyən bir müddət sonra  Google adsense hesabı açaraq reklamlardan qazanc əldə edə bilərsiniz. Bu işi peşəkar kimi görənlər olduğu kimi hobbi olaraq başlayıb yaxşı gəlir götürənlər də var. Xüsusilə xarici dildə açılan saytların qazanc faizləri Azərbaycana nisbətlə daha yüksək olur.

 

3-Sosial Mediyada pul qazanmaq

Sosial mediyada bir çox pul qazanma metodundan daha əvvəl bəhs etmişdik. Xüsusilə Facebookda görülən işlərin səmərəsi və qazanc faizləri daha yüksək olur. Facebookda səhifə yaratmaq və İnstagramda məhsul satışı üçün açılan hesablar son dövrdə çox popluyardır. Sosial media ilə bir çox müştəriyə təqdimat etməyiniz mümkündür. Burda diqqət edilməsi lazım olan nöqtə təqdimat reklamlarının hədəf kütləsinin düzgün seçilməsidir.

 

4-Link qısaltma servis saytları ilə pul qazanmaq

Çox maraqlı bir pul qazanma metodu olan link qısaltma servis saytları həqiqətən sizə gözlənilməz qazanc gətirə bilər. Sadəcə sayta üzv olmalı və hər hansı bir linki qısaldaraq internet istifadəçilərinə tıklatmalısınız. Tiklatma sayınız nə qədər çox isə o qədər çox qazanc əldə etmiş olarsınız. Bu sektordakı gəlirlər nə qədər az görünsə də işini intizamlı  şəkildə yerinə yetirənlər pul qazana bilirlər.

 

Mövzu ilə əlaqədar tövsiyyə olunan məqalə : İnternetdə əlavə iş yeri kimi işləmək üçün 30 ideya və 12 sayt

 

Online formada qazanc əldə etmə yolları hər zaman artırıla bilər.  Bu gəlirlər sizin nə qədər əmək sərf etdiyinizdən aslıdır. Əmək sərf etdiyiniz  təqdirdə qazancınız gündən günə artacaqdır. Online pul qazanma yolları üçün sizə tövsiyyəmiz bu işi görən şəxslərin fikirlərindən faydalanın və təcrübələrindən istifadə edin.

 

Tərcümə etdi: Rəşadət Hidayətov

 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar