Həm İşləyərkən Həm Boş Vaxtınızda Diqqətinizi Toplamağın Önəmini Kəşf Edin

Babək Bayramov 2018, Oktyabr 23, TƏLİMLƏR52
Həm İşləyərkən Həm Boş Vaxtınızda Diqqətinizi Toplamağın Önəmini Kəşf Edin

Həftəyə başlayarkən motivasiyanızı gücləndirmək üçün əlinizdən gələni edə bilərsiniz. Lakin günlər keçdikcə motivasiyanızı qorumaq diqqətinizi toplamaq çətin ola bilər.

Bu mövzu yüzillər əvvəl filosofları da maraqlandırıb. Epiktet Discoursesin dördüncü kitabının on ikinci fəsilində laqeyd davrandıqda diqqət və fokuslanma gücünün asanlıqla itəcəyini deyir və belə davam edir:

 

“Qısa bir müddət diqqətinizi dağıtdığınız zaman elə bilməyin ki sonra yenidən diqqətinizi toplaya biləcəksiniz. Ancaq yenə də fikirlərin sizinlə birlikdə olmağına icazə verin.

 

Epiktetə görə qısa bir müddət də olsa diqqətinizin dağılmağına icazə verdiyiniz zaman beyninizin əvvəlki vəziyyətinə qayıtmağını gözləməməlisiniz. Fikirləşin ki kiçik bir səhv etdiyinizdə heç bir şey əvvəlki kimi olmur. Diqqətinizin dağılmağına icazə verdiyiniz zaman etməli olduğunuz şeyləri ötüşdürmüş olursunuz. Epiktetə görə diqqət sizin qurduğunuz və davam etdirdiyiniz bir davranış kimidir. Bu davranış hər iki tərəfə də gedə bilər. Zehninizin avara-avara gəzməyinə icazə versəniz diqqətiniz də yolunu dəyişər. Beləliklə məhsuldarlığınızı azaldan pis bir vərdişə yiyələnmiş olarsınız. 

 

Nə etməli?

Heç durmadan çalışmaq və ya eyn şeyə uzun müddət fokuslanmaq təbii ki mümkün deyil. Fasilə vermək həm bədən həm də zehin üçün vacibdir. Lakin işləməli olduğunuz vaxtlarda işinizə həvəslə yanaşmalı və lazım olanı etməlisiniz. 

İş vaxtı işlə oyun vaxtı oyunla maraqlanmalısınız. Hətta oyun oynadığınızda özünüzə ayırdığınız boş vaxtlarda da bunu diqqətlə etməlisiniz. Diqqət və fokuslanma olmadan keçirilən bir gün boş yerə keçirilən bir gündür.

 

Boş vaxtlarınızdan mümkün olduğu qədər istifadə edin. Ancaq gördüyünüz iş nədirsə ona fokuslanmağı unutmayın. Əgər zehniniz bir şeydən digərinə keçirsə bunun fərqinə varın və diqqətinizi dağıdan şeyləri özünüzdən uzaqlaşdırın. 

 

Tərcümə etdi : Arzu Novruzova

Rəylər

Rəy Yazın

Oxşar Yazılar