Hədəfini Gördü Və Qazandı

Babək Bayramov 2015, İyun 05, FƏRDİ İNKİŞAF658
Hədəfini Gördü Və Qazandı

Dünyanın ən yaxşı üzgüçülərindən biri olan Şorenc Çatvikin yaşadıqlarıözündəki inkişafı ölçməyən bir adamın başına nələr gələ biləcəyi haqqında gözəl bir nümunədir

Şorenc Çatvik 4 İyul 1952 tarixində Sakit okeandan başlayaraq Kaliforniyaya doğru üzməyə başlayır.Əgər bu sınağını müvəffəqiyyətlə başa çatdırsabunu edən ilk qadın üzgüçü olacaqdı. Çatvik çox qərarlı bir şəkildə okeanın sularında üzməyə başladı.Ancaq o gün sıx duman olduğu üçün göz-gözü görmürdüsu isə həddindən artıq dərəcədə soyuq idi.Bu çətin sınaq bir çox insan tərəfindən televiziyalardan dəqiqə-dəqiqə izlənilirdi.Saatlar irəliləyirbir tərəfdən yorğunluq bir tərəfdən soyuq Çatvik üçün dözülməz bir vəziyyət idi .O15 saat dayandıqdan sonra artıq davam edə bilməyəcəyini anlayanda özünü sudan çıxartmaqlarını istədi.Yaxındakı gəmidə olan anası və məşqçisi quruya yaxınlaşdığını ifadə edərək üzməyə davam etməsini söylədilər. Amma Çatvik dönüb Kaliforniya sahillərinə baxdığında tək görə bildiyi sıx bir sis təbəqəsi idi.Daha sonra Çatvik dözə bilməyərək sudan çıxdı.Istirahət edibözünə gəldikdən sonra jurnalistlərin "Sahilə çox az bir məsafə qalmışdınə üçün bir az daha dayanmadınız?" sualına "Baxın bəhanə tapmaq üçün söyləmirəmamma qurunu görə bilsəydim bacara bilərdim"cavabını verdi.Çatvikin təslim olması nə yorğunluqdannə də soyuqdan qaynaqlanırdı.Sisə görə qurunu görə bilmədiyi üçün hədəfinə çata bilməyəcəyini düşündü və üzməkdən imtina etdi.
Çatvik iki ay sonra eyni məsafəni üzərək keçmiş və rekord qırmışdı.

 

Korrektə etdi: Günel İbadova

Rəylər

Rəy Yazın

Oxşar Yazılar