Düşüncələrimiz həyatımızın etalonudur

Babək Bayramov 2018, Noyabr 06, DÜŞÜNCƏ GÜCÜ41
Düşüncələrimiz həyatımızın etalonudur

Düşündüklərimiz danışdıqlarımız və davranışlarımız gündəlik həyatımızın meyarıdır. Nikbin düşüncə tərzi gözəl danışıq qabiliyyəti və yaxşı davranış xüsusiyyəti fərdi keyfiyyətlərimizi artırar və həyatımızı yaxşılığa doğru dəyişər. Bunun əksinə bədbin düşüncələr yersiz danışıqlar pis davranışlar da həyatımızı bərbad edər.

Nə düşündüyümüz nəyi çox düşündüyümüz necə danışdığımız necə davrandığımız həyatımızda böyük rol oynayır həyat tərzimizi bilavasitə müəyyən edir.
 
Nəyi düşünür nəyi danışırıqsa onu çoxaldarıq. Nəyi düşünsək nəyi danışsaq onu yaşayarıq. Ağlımıza və dilimizə gələn mütləq başımıza gəlir.
 
Həyatımızdakı uğur və uğursuzluqlar nəyi nə qədər düşündüyümüzdən və nəyi nə dərəcədə etdiyimizdən birbaşa aslıdır.
 
Nə düşünürüksə ondan ibarət oluruq nə danışırıqsa ona inanırıq nə ediriksə onu məqsədə uyğun hesab edirik.
 
Düşüncələrimiz həyatımızın etalonudur.
 
Rəşadət Hidayətov
 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar