Bu ərazilərin sakinləri həm xoşbəxt

Babək Bayramov 2018, Noyabr 02, FƏRDİ İNKİŞAF85
Bu ərazilərin sakinləri həm xoşbəxt

Son 12 ayda stomatoloqa nə vaxt müraciət etmisiniz? 

“Gallup”* (Qallup) and “Healtways”*-in (Helsveys) birgə hesabatına əsasən sizin bu suala cavabınız əslində sağlamlığınız və rifahınıza qarşı nə dərəcədə diqqətli olduğunuzu göstərir. Gallup tədqiqatlarının icraçısı Dan Witters (Den Vitters) bildirir: “Ümumiyyətlə diş həkiminə mütəmadi olaraq gedən kəslər istər həyat tərzlərinə dəyər vermə baxımından  istərsə də həkim kontrollarından keçmək baxımından fiziki olaraq daha sağlamdır nəinki dişləri ilə bağlı şikayətləri olanlar. ”

 

İştirakçılarını fiziki və mənəvi rifah maliyə cəmiyyətdə rol kateqoriyalarına görə qiymətləndirən anket Gallup-un keçən il 177000 amerikalı arasında keçirdiyi 55 anketdən biri idi. Bu anketdə Havay sadalanan kateqoriyalar üzrə dərəcələnmənin lideri oldu Alyaska və Cənubi Dakota isə növbəti sıralarda öz yerlərini aldılar. Siyahının sonuncu yerlərini isə bütün bu sahələr üzrə aşağı göstəricilərə sahib olan Kentucky (Kentaki) və Qərbi Virciniya tutub.

 

Xalqın rifahının ölçü vahidləri fərdlərin həmin topluma qarşı fəxr hissi (70% Havaylı) və özünü təhlükəsiz hiss etmə (86% Havaylı) dərəcəsidir. Buna təzad olaraq Qərbi Virciniyada insanlar daha az fəxarət və təhlükəsizlik hissinə sahibdirlər. Siyahıda ilk sıraları tutan Havay və Kolorado sakinləri isə “Həyatınızda sizi daha sağlam qidalanmağa təşviq edən kimsə var?” və “İstədiyinizi etməniz üçün nə dərəcədə imkana sahibsiniz?” suallarına müsbət cavablar veriblər. 

 

Ancaq maddi rifah hər zaman yüksək maaş mənasına gəlmir. Witters-ə görə gündəlik həyatda pozitiv və neqativ qarşılaşdığımız hər məfhum əslində gəlirimizlə düz mütənasib hərəkət edir. Ancaq bu ildə elə 75000 dollara qədər təsirlidir. Yəni illik gəliri 300000 dollar olan şəxslər 75000 dollar olan şəxslərdən daha xoşbəxt deyillər. Analitik həmçinin vurğulayır ki narahatlıq stres və qorxu kimi neqativ emosiyalardakı düşüş illik 75000 dollar qazancı olanlar və digərləri üçün eyni səviyyəyə qədər olur. Anketin nəticəsinə görə gününün 71%-ni maraqlı işlərə və öyrənməyə sərf edən Vermont xalqı intellektuallıq tələb edən sahələrdə daha öndə olurlar. “Buna görə də qəsəbə universitetində rifah dərəcəsi nisbətən yuxarıdır” Witters.

 

Cənub və qərb ölkələri bu siyahının sonlarında yer alırlar. Buna gətirən səbəb isə idmana az vaxtın ayırılması və köklük dərəcəsinin yüksək olmasıdır. Bundan başqa anketdə iştirak edənlər həmçinin evlə təminatın zəifliyindən təhlükəsizlik sistemi və maliyəvi problemlərdən də bəhs etmişdilər. 

 

Rifah səviyyəsinin yuxarı olduğu ərazilər

1.Havay

2.Alyaska

3.Cənubi Dakota

4.Maine

5.Kolorado

6.Vermont

7.Arizona

8.Montana

9.Minnesota

10.Teksas

 

Rifah səviyyəsinin aşağı olduğu ərazilər

41. Missisipi

42. Rod Adaları (Rhode İsland)

43. Luiziana

44. Alabama

45. Ohio

46. Arkanzas

47. İndiana

48. Oklahoma

49. Kentucky

50. Qərbi Virciniya

 

*Gallup - 1935-ci ildə Prinstonda qurulmuş və apardığı analizlər ilə şirkətlərlə əməkdaşlıq edərək performans-menecment konsultasiyaları aparan təşkilatdır.

*Healthways - 1981-ci ildə Franklində qurulmuş və insan rifahının yaxşılaşdırılmasına xidmət edən təşkilatdır.

 

 

Tərcümə etdi: Jalə Mirzəyeva

 

 

 

Rəylər

Rəy Yazın

Oxşar Yazılar